Ağ Evdən əsəbi çıxan Zelenski Ukraynaya qayıtmayıb - Təyyarəsi bu şəhərə enib
Dünən Ağ Evdə fiasko ilə yekunlaşan danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya qayıtmayıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, onun təyyarəsi görüşü tərk etdikdən dərhal sonra Merilend ştatındakı hərbi bazadan havaya qalxıb.
FlightAware saytındakı məlumatlara görə Ukrayna nümayəndə heyətinin təyyarəsi Londonda eniş edib.
Oğuz