Polisdən Zurabişvilinin mitinqinə sürpriz - "Sürücü yoxa çıxdı, sonra bildik ki..."

Məlum olduğu kimi, Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün saat 21:00-a mitinq təyin edib və mitinqdə onun çıxışı gözlənilir.

Dec 22, 2024 - 19:29
Polisdən Zurabişvilinin mitinqinə sürpriz - "Sürücü yoxa çıxdı, sonra bildik ki..."

Görünən isə odur ki, gürcü polisi də aksiyaya ciddi hazırlaşıb. belə ki, Tbilisidə polis Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışı üçün parlamentin qarşısında quraşdırılması nəzərdə tutulan səhnə avadanlıqlarını müsadirə edib.

SAVASHMEDİA.az gürcü KİV-ə isttinadla xəbər verir ki, polis paytaxtın Qəhrəmanlar Meydanında səhnə avadanlıqlarını daşıyan avtomobilin sürücüsünü saxlayıb, onun mobil telefonunu müsadirə edib və avtomobildə axtarış aparıb. 

Avadanlıqların olduğu maşının dayanacağa yerləşdirilib, sürücü isə sonradan sərbəst buraxılıb.
Sosial şəbəkə hesabından hadisəyə münasibət bildirən Gürcüstan Prezidenti Salome Zurabişvili bunları qeyd edib:

“Bu gün Oruel bizə baxdı və təəccübləndi, hətta o belə səhnənin həbs edilməsini ağlına gətirməmişdi”, - Zurabişvili qeyd edib.

Müxalif "Sapari" təşkilatının rəhbəri, hüquq müdafiəçisi Baya Pataraya isə baş verənlər haqda daha təfərrüatlı məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları sürücüdən müvəqqəti olaraq mobil telefonu da alıblar ki, məlumatı vaxtında ötürmək mümkün olmasın.

"Dünən prezident brifinqdə xalqa müraciət etməyi planlaşdırdığını elan etdi. Buna görə düşündük ki, kiçik bir səhnə və səs gücləndiricisi bu işə kömək edərdi. Bu barədə meriyaya məlumat verdik. İnsanlar mənə zəng edib dedilər ki, səhnənin qurulmasına icazə vermirlər, buna görə də gəldim və polislə danışıqlar apardım. Danışıqlar uğurlu görünürdü. Avtomobili, yəni səhnə konstruksiyasını gətirən maşını çağırdıq. Əvvəlcə sürücü ilə əlaqə saxladıq, o, təyin olunmuş yerdən çıxmışdı və Qəhrəmanlar meydanında idi (orada tıxac var idi). Sonra isə sürücü yoxa çıxdı, 30-40 dəqiqə ərzində onunla əlaqə saxlaya bilmədik. Biz şübhələndik ki, onu saxlayıblar. Daha sonra sürücü zəng etdi ki, patrul polisi onu necə saxlayıb, maşını necə yoxlayıb və necə cərimə meydançasına aparıb. Həmçinin müvəqqəti olaraq sürücüdən telefonunu alıblar ki, bizə vaxtında məlumat ötürülməsin.

Hər hansı bir konstruksiyanın qurulması saatlar tələb edir. Bu konstruksiya bizə ona görə lazımdır ki, mitinq iştirakçıları prezidentin nə dediyini yaxşı eşidə bilsinlər" , - deyə Baya Pataraya bildirib.

Oğuz