Prezident doğulduğu kəndə qaçdı, istefaya hazırlaşır - Abxaziyada son durum
Respublika rəhbəri müxalifətin zəbt olunmuş binaları tərk etməsini gözləyir
Abxaziyada ictimai-siyasi vəziyyət gərgin olaraq qalır.
SAVASHMEDİA.az rus və abxaz mənbələrinə istinadla xəbər verir ki, Abxaziya prezidenti Aslan Bjaniya doğulub, boya-başa çatdığı Tamış kəndinə qaçıb.
Sözügedən kənd Oçamçira rayonundan 40 km şərqdə yerləşir.
Müxalifət hökumət binalarını ələ keçirib
Mənbələrin iddiasına görə, doğma kəndinə sığınan prezident orada tərəfdarları ilə görüş keçirib və paytxtda hökumət binalarını ələ keçirən müxalifət qüvvələri ilə heç bir müzakirə aparmaq niyyətində olmadığını deyib.
Məlumat üçün bildirək ki, son bir neçə gün ərzində Abxaziyada etirazlar şiddətlənib və dünəndən etibarən respublikada ikili hakimiyyət yaranıb.
Son məlumatlara görə isə Bjaniya Tamış kəndindən açıqlama yayıb. O, müxalifətin hökumət binalarını tərk etməsindən sonra istefa verəcəyini və yeni prezident seçkiləri təyin edəcəyini vəd edib. Onlardan əvvəl ölkəni vitse-prezident Badra Qunba idarə edəcək.
Səlcuq