Prezident ona yüksək vəzifə verdi - SƏRƏNCAM + FOTO

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edilib.

Jul 7, 2025 - 15:03
Prezident ona yüksək vəzifə verdi - SƏRƏNCAM + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü N. Pənahov buna qədər Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini icra edib.

Fotoda: Nazim Pənahov