Putin ən çox bu filmi sevirmiş - Özü açıqladı
Rusiya Prezidenti Vladimir Putin bəyəndiyi filmi açıqlayıb.
Dövlət başçısı jurnalist Pavel Zarubinlə söhbətində rejissor Georgi Daneliyanın çəkdiyi, aktyor Nikita Mixalkovun rol aldığı "Moskva küçələrində gəzişmə" ("Я шагаю по Москве") filmini çox bəyəndiyini deyib.
"Bu film bütün ölkə tərəfindən sevilir. Mən də sevirəm", - deyə Putin bildirib.
Qeyd edək ki, 1964-cü ildə çəkilən "Moskva küçələrində gəzişmə" filmi sovet dövrü kinoları arasında klassik əsərlərdən biri hesab olunur. (milli.az)