Rusiya Ukraynanı nə zaman tanıyacaq? - Lavrov açıqladı
Rusiya nasist rejimi devrildikdən sonra Ukraynanı tanıyacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz hazırda açıq nasist rejiminin idarə etdiyi ölkəni deyil, fərqli Ukraynanı tanıyacağıq", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, Ukraynada mövcud rejim 2014-cü ildə neonasistlər bayrağı altında qurulub.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Ukrayna münaqişəsinin həlli üçün əsas şərt Ukrayna rəhbərliyindən nasist elementlərin aradan qaldırılmasıdır. O xatırladıb ki, 2022-ci ildə İstanbulda danışıqlar zamanı Moskva Kiyevlə razılığa gəlməyə yaxın idi. O həmçinin Ukraynanın hazırkı hökumətinin xarici qüvvələrin təsiri altında deyil, öz ölkəsinin maraqları əsasında qərarlar qəbul edəcəyinə ümid etdiyini bildirib.