Putin İlham Əliyevə zəng etdi - Razlıq əldə olundu
Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu, oktyabrın 9-da Düşənbədə MDB sammitində baş tutan söhbətdən sonra olub”, - məlumatda deyilir.
Əliyev və Putin beynəlxalq və regional vəziyyəti, eləcə də regional əməkdaşlığın bir sıra aspektlərini müzakirə ediblər. Kremlin açıqlamasına görə, dövlət başçıları müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Telefon danışığı zamanı Rusiya prezidenti ilə azərbaycanlı həmkarı da ticari-iqtisadi əlaqələrin və müxtəlif sahələrdə birgə layihələrin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
“İkitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə olunub”, - məlumatda qeyd edilir.