Putin üçün xüsusi qol saatı hazırlanır - Hansı funksiyaları olacaq?

Rusiya Prezidenti Vladimir Putin üçün hazırlanacaq yeni saat modelinin bəzi detalları məlum olub.

Jun 3, 2026 - 16:28
Putin üçün xüsusi qol saatı hazırlanır - Hansı funksiyaları olacaq?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) iştirak edən "İmperator Peterhof Fabriki"nin nümayəndələri məlumat veriblər.

Bildirilib ki, dövlət başçısı üçün nəzərdə tutulan yeni saat modelində əvvəlki versiyada olduğu kimi qara əqiq daşından istifadə ediləcək. Bundan əlavə, saata prezident üçün xüsusi təqvim funksiyası əlavə olunacaq.

Şirkət nümayəndələri yeni modelin digər texniki xüsusiyyətləri barədə məlumat verməyiblər.

Xatırladaq ki, Rusiya lideri saatlara xüsusi önəm verir. Putinin saatları çox sadə, göstərişdən uzaq olsa da sərvət dəyərindədir.

“A. Lange & Söhne Tourbograph Pour le Mérite”, “A. Lange & Söhne 1815 Up/Down”, “Blancpain Léman Aqua Lung Grande Date”, “Patek Philippe Perpetual Calendar”, “Breguet Marine”, “IWC Mark XVII Pilot Watch”  Putinin ən çox taxdığı saat modelləridir.

“A. Lange & Söhne Tourbograph Pour le Mérite” modeli onun kolleksiyasındakı ən bahalı saatdır. Platin korpuslu bu saatın qiyməti 500 min ABŞ dollarından da yüksək dəyərləndirilir.

Banu