Putindən Paşinyana SƏRT MESAJ – “Tezləşdirin...”
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə İrəvanın gələcək siyasi və iqtisadi istiqamətinin seçilməsi məsələsini müzakirə etməyi təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, görüş Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
Vladimir Putin Moskvanın Ermənistan xalqının qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşdığını bildirib.
Rusiya Prezidenti eyni zamanda Ermənistan parlamentinin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etməsinə diqqət çəkib. Onun sözlərinə görə, bu qərar mahiyyət etibarilə Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətini ortaya qoyur.
Putin İrəvanın xarici inteqrasiya istiqamətini mümkün qədər tez müəyyənləşdirməli olduğunu vurğulayıb. O, Ermənistanın Aİİ çərçivəsində qalmaq, yoxsa Aİ-yə inteqrasiya yolunu seçmək məsələsinə aydınlıq gətirməsinin vacibliyini qeyd edib.
“Amma gəlin, indi bütün bunları sizinlə sakit şəkildə müzakirə edək”, – Rusiya lideri Paşinyanla görüşdə deyib.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyanın ŞƏT sammitində çıxış edən MDB ölkələrinin liderləri arasında rus dilində deyil, başqa dildə danışan yeganə lider olduğu bildirilmişdi.
Banu