Kremldən liderlərin avqust görüşünə bədbin proqnoz - “Çətin ki…”

“Rusiya ilə Ukrayna arasında ikinci raundda mübadilə edilən memorandum layihələrinə yanaşmalar diametral şəkildə ziddiyyət təşkil edir”.

Jul 25, 2025 - 15:11
Kremldən liderlərin avqust görüşünə bədbin proqnoz - “Çətin ki…”

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
 
“Çətin ki, onları əlüstü bir araya gətirmək mümkün olsun. Bunün üçün çox mürəkkəb diplomatik iş tələb olunacaq”, - deyə Kremlin sözçüsü əlavə edib. 

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının üçüncü raundundan sonra iki ölkə liderlərinin görüş perspektivinin daha real olub-olmaması və Kremlin Ukraynanın təklif etdiyi avqustun sonu tarixini real hesab edib-etməməsi sualına Peskov belə cavab verib: 

“Ən yüksək səviyyədə görüş nizamlamada son nöqtəni qoya bilər və qoymalıdır. Bununla ekspert işinin gedişində hazırlanmalı bütün modallıq və razılaşmalar möhkəmləndirilməlidir. Bunun əksini etmək mümkün deyil. 30 gün ərzində belə mürəkkəb prosesdən keçmək mümkündürmü? Görünür, çətin ki”.

Xatirə SADİQ