Avropa Parlamentindən Tiflisə xəbərdarlıq
Avropa Parlamenti (AP) Tiflisin indiki avtoritar kursu saxlayacağı təqdirdə Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olmasının qeyri-mümkün olduğunu bəyan edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə AP-nin X sosial şəbəkəsində yerləşdirilmiş bəyanatında bildirilib.
“Gürcüstan hökuməti avtoritar kursundan əl çəkməyənə qədər Aİ-yə daxil ola bilməz. Avropa Parlamenti gürcü xalqını dəstəkləyir”, - bəyanatda deyilir.
Gürcü KİV-i qeyd edib ki, bu, son bir həftədə AP-dən sosial media vasitəsilə ikinci belə mesajdır. İyulun 19-da Avropa Parlamenti özünün X səhifəsində bəyan edib ki, Gürcüstanın hazırkı hakimiyyətini tanımır və ölkədə yeni seçkilərin keçirilməsini tələb edir.
Xatirə SADİQ