Trampın müşaviri Putinin müharibə sponsorunun adını çəkdi - "Çox təəccüblüdür"
"Hindistanı Moskvadan neft almaqla Ukraynaya qarşı müharibəni maliyyələşdirir".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın ən yaxın və nüfuzlu köməkçilərindən olan Stiven Miller deyib.
Eyni zamanda ABŞ liderinin müşaviri qeyd edib ki, Tramp Hindistanın baş naziri Narendra Modi ilə əla münasibətlərə malikdir:
"Tramp çox açıq şəkildə bildirib ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməyə davam etməsi qəbuledilməzdir. İnsanlar Hindistanın Rusiya neftini almaqda az qala Çini ötdüyünü öyrəndikdə şoka düşəcəklər. Bu, təəccüblü faktdır".
Hindistan hökumətindəki mənbələr agentliyə bildiriblər ki, Vaşinqtonun hədələrinə baxmayaraq, ölkə hakimiyyəti Rusiya Federasiyasından neft almağa davam edəcək.
Oğuz