“Putini aradan götürün, aktivlərinizi qaytaraq” – amerikalı siyasətçi

“Uzun müddətdir Amerika tərəfinin Putinin ətrafı ilə danışıqlar apardığı haqda şayiələr dolaşır”.

Aug 13, 2025 - 16:23
“Putini aradan götürün, aktivlərinizi qaytaraq” – amerikalı siyasətçi

SAVASHMEDİA.az xəbər verir ki, bunu amerikalı siyasətçi Boris Pinkus ukraynalı jurnalist Olesya Batsmana müsahibəsində deyib. 

“Putinin ətrafında vəziyyət necədir? Ümumiyyətlə Rusiyada?” sualını cavablandıran amerikalı siyasətçi qeyd edib ki, Putinin ətrafına şərt irəli sürülür.

“Orada şərtlər qoyulub: “Putini aradan götürün, kursu dəyişin – bütün var-dövlətiniz sizə, arvadlarınıza, məşuqələrinizə qaytarılacaq. Amerikada və hətta Avropada nəyiniz varsa, hamısı sizə qaytarılacaq”, - deyə Pinkus vurğulayıb.
 
Onun sözlərinə görə, keçən həftə Konqresin aşağı palatasının artıq Amerikadakı 500.000 Rusiya aktivinin donun açılmasını səs çoxluğu ilə qəbul etməsi yaxşı xəbərdir. 

Pinkus qeyd edib ki, digər tərəfdən, Senat və Aşağı Palata Trampa tələblə çıxıblar. ABŞ prezidenti Fransa və Belçikada cəmləşən Rusiya aktivlərindəki 300 milyard avrodan çox vəsaitin yaxın zamanda donunun açılmasını Avropadan tələb etməlidir. 

“Bu pul silaha, hətta qismən də Ukraynanın bərpasına kifayət edərdi”, - deyə amerikalı siyasətçi əlavə edib.

Xatirə SADİQ