"Putinin dəvəti ilə Kazana gedə bilir, amma..." - Ukrayna XİN Quterreşi tənqid etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Baş katibi Antonio Quterreşi Rusiya prezidenti Vladimir Putinin BRİKS sammitinə dəvətini qəbul etdiyi üçün tənqid edib.

Oct 22, 2024 - 10:34
"Putinin dəvəti ilə Kazana gedə bilir, amma..." - Ukrayna XİN Quterreşi tənqid etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna XİN-nin “X” sosial media platformasında bildirilib.

“BMT-nin baş katibi Ukraynanın İsveçrədə keçiriləcək ilk Qlobal Sülh Sammitinə dəvəti rədd etdi. Lakin o, hərbi cinayətkar Putinin Kazana dəvətini qəbul edib. Bu, sülh işinə töhfə verməyən yanlış seçimdir. Bu, yalnız BMT-nin reputasiyasına xələl gətirir”.

Qeyd edək ki, iyun ayında İsveçrənin dağ kurortunda 90-dan çox ölkənin iştirak etdiyi sülh sammitində Rusiyanın Ukraynaya təcavüzü pislənilib və münaqişəyə son qoyulması yolları axtarılıb. Həmin sammitə Rusiya dəvət olunmamışdı. 

O zaman Quterreş bildirmişdi ki, İsveçrənin təşkil etdiyi sammitdə BMT təmsil olunsa da, şəxsən iştirak etməyəcək.

Ukrayna prezidenti Vladimir Zelenski ilin sonuna qədər ikinci sammiti keçirmək istədiyini bəyan edib.

Xatirə SADİQ