"Manyakdırlar? Əl çəksinlər məndən, onları Allaha tapşırıram" - Cahangir Əsgərov

Ötən gün AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb.

Aug 8, 2025 - 11:14
"Manyakdırlar? Əl çəksinlər məndən, onları Allaha tapşırıram" - Cahangir Əsgərov

Qeyd olunan informasiyada Cahangir Əsgərovun banklardan birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd olunub.

SAVASHMEDİA.az xəbər verir ki, ciddi rezonans doğuran bu xəbərlə bağlı manset.az-a açıqlama verən Cahangir Əsgərovla bağında istirahət etdiyini bildirib.

"Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm. Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan bir adamam. Xahiş edirəm, məndən əl çəksinlər. Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram", - Cahangir Əsgərov açıqlamasında vurğulayıb.