Putinlə Zelenskini eyni masada otuzduracaq? - Trampın ilk iş günü ilə bağlı açıqlama

Seçkilərdə qələbə qazanması Donald Trampa iki ölkə arasında sülh danışıqları aparmağa imkan verəcək.

Nov 11, 2024 - 14:57
Nov 11, 2024 - 15:00
Putinlə Zelenskini eyni masada otuzduracaq? - Trampın ilk iş günü ilə bağlı açıqlama

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başladıqdan sonra ilk iş günündə Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masası arxasında oturtmağı planlaşdırır”.

SAVASHMEDİA.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bunu “Fox News” telekanalına müsahibəsində Trampın seçki qərargahının sözçüsü Kerolayn Livitt bildirib. 

Onun sözlərinə görə, seçkilərdə qələbə qazanması Donald Trampa iki ölkə arasında sülh danışıqları aparmağa imkan verəcək.

“Bu həm də o deməkdir ki, bu müharibəni bitirmək üçün ilk gündə Ukrayna və Rusiyanı danışıqlar masası arxasına oturdulacaq”, - deyə Livitt əlavə edib.

Qeyd edək ki, hələ prezidentliyə namizəd olarkən Tramp dəfələrlə Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində və ya “çox tez” həll edəcəyinə söz vermişdi.

Xatirə SADİQ