“Qalatasaray” azarkeşlərindən məşhur müğənniyə hörmətsizlik – Fitə basdılar 

“Qalatasaray” azarkeşləri məşhur müğənni Zeynep Bastıka hörmətsizlik ediblər.

May 29, 2025 - 13:14
“Qalatasaray” azarkeşlərindən məşhur müğənniyə hörmətsizlik – Fitə basdılar 

SAVASHMEDİA.az xəbər verir ki, 25-ci çempionluğunu qeyd edən Qalatasaray azarkeşləri ötən gün Four Seasons Hoteldə daha bir gecə təşkil ediblər. Gecənin müğənni qonağı Zeynep Bastık olub.

Sevilən mahnılarını səsləndirən müğənni hansı futbol klubunun azarkeşi olduğunu açıqlayıb:

“Mən böyük klublara azarkeşlik etmirəm. “Göztepe” azarkeşiyəm. Sevgilim qalatasaraylı olduğu üçün bütün matçları mən də izləmişəm”.

Müğənninin bu sözləri qalatasaray azarkeşlərinin xoşuna gəlməyib və onu fitə basıblar.

Banu

Fotoda: Zeynep Bastık