"Qalina anasının dəfnində ermənicə ağı deyirdi" - Mehdiyevin qayınanasının Bakıdakı qəbri + VİDEO

Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi haqqında hər gün yeni  informasiyalar yayılır.

Oct 23, 2025 - 15:43
Oct 23, 2025 - 15:48
"Qalina anasının dəfnində ermənicə ağı deyirdi" - Mehdiyevin qayınanasının Bakıdakı qəbri + VİDEO

Medianın gündəmində olan müzakirələrdən biri  də, Ramiz  Mehdiyevin ailəsində “erməni izi” iddiasdıdır.

Mətbuat bundan əvvəl  Ramiz  Mehdiyevin erməni oğulluğu olduğu iddia edilən   Levan Qurskaya haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı Qalina  Mehdiyevanın Yura adlı ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu iddia olunur. Polkovnik rütbəli Levan Qurskaya mühüm postlardan birini tutub.

SAVASHMEDİA.az oxu24.com-a istinadla xəbər verir ki, Ramiz Mehdiyevin qayınanasının kimliyi  barədə ilginc məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina  Mehdiyevanın anası Natela  Kondratevna Qurskayadır. (Nadaraya). 1923-cü ilin fevralın 23-də anadan olan Natela Qurskaya 2007-ci ilin martın 26-da ölüb.

Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub  qəbiristanlıqdadır.

Sayt erməni əsilli olduğu iddia edilən Natela Qurskayanın dəfni ilə bağlı özəl məlumatlar da  əldə edib.

Məlumata görə, Ramiz Mehdiyevin qayınanasının 2007-ci ildə baş tutan dəfnində məhdud  sayda, ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da, açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.

Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya anasının dəfnində  ağlayaraq, erməni dilində  ifadələr işlədirmiş. Həmin vaxt  ətrafda olan  şəxslər də onu sakitləşdirməyə çalışıblar.

Oxu24.com əməkdaşları Ramiz Mehdiyevin qayınansının dəfn olunduğu qəbiristanlıqda olub.

Natela Qurskayanın qəbiri xüsusi altı metr hündürlükdə qala divarla əhatə olunub və dəmir qapı  ilə mühafizə olunur. Qapının  açarının bir  nüsxəsi ailədə, digəri isə təmizlik işlərinə baxan qəbiristanlıq əməkdaşlarındadır.

Məzarlıqda çəkiliş apardığımız zaman məlum oldu ki, iki aydan artıqdır ailədən məzara baş çəkən  yoxdur. Görünür, başları özlərinə qarışan Mehdiyevlər erməni nənələrini yaddan çıxarıblar. Söhbət zamanı məlum oldu ki, Mehdiyevlər ailəsinin məzarlıq işçilərinə də pul borcu var. 

“Buraya tez-tez o qoca, əsə-əsə gəzən arvad (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi. Özü də  10-AA-501 dövlət nömrə nişanlı avtomobillə... Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini  Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki, nədənsə,gəlmirlər. Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri  işləri gördük, amma pulumuzu  vermədilər. Sonra eşitdim ki,bunlar ermənidirlər. Bunlar doğurdan ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha  təmizləmirəm”,-deyə məzarlığın  əməkdaşı saytımıza açıqlamasında deyib.

Məzarlıqdan  həmin görüntüləri təqdim edirik: