Qar yağacaq, dolu düşəcək, sel keçəcək – XƏBƏRDARLIQ!

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Sep 15, 2025 - 22:13
Qar yağacaq, dolu düşəcək, sel keçəcək – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.