"Qarabağ"ı bu türk klubuna dəyişdi - Toral Bayramovun yeni ünvanı
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.
SAVASHMEDİA.az xəbər verir ki, Ağdam təmsilçisi ilə Türkiyə Super Liqasına vəsiqə qazanan "Bursaspor" arasında transferlə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Bayramov 2020-ci ildən əsas komandada çıxış edib. O, "Qarabağ" forması ilə 254 oyunda 37 qol vurub, 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Müdafiəçi Azərbaycan millisində keçirdiyi 40 oyunda isə 5 qola imza atıb.
Aytən