Qaraciyər və böyrəyi sıradan çıxarır, sızanaq, asılılıq yaradır... – Makaron

Xəmir xörəklərini sevməyən insan demək olar ki, yoxdur. Xüsusilə makaron həm gənclərin, həm də uşaqların çox sevdikləri yeməklərdəndir.

May 22, 2025 - 15:44
Qaraciyər və böyrəyi sıradan çıxarır, sızanaq, asılılıq yaradır... – Makaron

Lakin bu sevimli qidanın zərərləri az deyil. Çox miqdarda və balanssız şəkildə istehlak edildikdə bəzi zərərlərə səbəb ola bilər.

SAVASHMEDİA.az oxucuları üçün makaronun zərərlərini araşdırıb.

Bol karbohidrat

Makaron əsasən buğda unundan hazırlanır və yüksək miqdarda sadə karbohidratlarla zəngindir. Karbohidrat xüsusilə ağ unla hazırlanan makaronda daha çoxdur.Karbohidrat qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur, insulin səviyyəsini artıraraq II tip şəkərli diabet riskini artırır.

Kökəlməyə səbəb olur

Yüksək karbohidratlı və kalori baxımından zəngin olan makaron fiziki aktivlik az olduqda artıq çəkiyə səbəb ola bilər.

Qlüten

Makaronun çoxu buğda unundan hazırlanır ki, bu da qlütenlə zəngindir.Makaron qlütenə qarşı həssaslığı və ya çölyak xəstəliyi olan şəxslər üçün ciddi sağlamlıq problemi yaradır. Həssas şəxslərdə həzm problemləri, şişkinlik, qaz və yorğunluq kimi simptomlara səbəb olur.

Doyuruculuğu azdır

Ağ undan hazırlanmış makaron lif, vitamin və mineral baxımından kasaddır. Bu da uzun müddətli istifadədə qidalanma balanssızlığına səbəb ola bilər.

Hazır souslarla birgə yeyildikdə zərəri daha da artır

Makaron tez-tez yağlı, duzlu və şəkərli souslarla,məsələn, pendirli,kremli souslar, ketçapla yeyilir. Bu da həm damar sağlamlığına zərər verir, həm xolesterin səviyyəsini artırır, həm də yüksək təzyiq yaradır.

Lif baxımından kasadlıq

Adi ağ undan hazırlanmış makaron lif baxımından kasaddır. Bu da bağırsağın işləməsinə mənfi təsir göstərir, nəticədə qəbizlik, həzm pozğunluğu kimi problemlərə gətirib çıxarır.

Asılılıq yaradır

Sadə karbohidratlar beyinin “mükafat mərkəzini” stimullaşdıraraq qida asılılığına səbəb olur.Bu, insanın daha çox makaron və unlu məhsullar yeməsinə yol aça bilər.

Vitamin və mineral azlığı

Makaronun çox yeyilməsi orqanizmdə B qrup vitaminləri, dəmir, sink, maqnezium, kalsium çatışmazlığı yaradır.

İnsulin müqaviməti

Tez-tez və çox miqdarda makaron istehlakı insulin müqavimətini artırır. Bu isə piylənmə, prediabet, polikistik yumurtalıq sindromu (Pcos) kimi halları daha da şiddətləndirir.

Ürək-damar xəstəlikləri

Makaronun davamlı istehlakı xroniki iltihabı artırır.Bu isə ürək-damar xəstəlikləri, artrit, autoimmun pozğunluqlar kimi problemlərin inkişafını sürətləndirir.

Dəriyə mənfi təsir edir

Makaron sızanaq, akne kimi dəri problemləri yarada bilir.Bu, xüsusilə yetkinlik dövründə olanlarda və hormon balanssızlığı olanlarda daha çox nəzərə çarpır.

Qaraciyər və böyrəklərə təsiri

Davamlı makaron istehlakı həzmi çətin olduğu üçün qaraciyərə və böyrəklərə əlavə yükdür.

Hiperaktivlik və diqqət problemi

Tez-tez makaron yemək uşaqlara da mənfi təsir göstərir. Onlarda diqqət pozğunluğu, hiperaktivlik, əhval dəyişikliyinə səbəb olur.

Banu