Doğum günündə çox içibmiş, səhərə qədər... -  Anası Ece İrtemin son saatlarından DANIŞDI

Ötən gün 35 yaşında vəfat edən türkiyəli aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Jun 17, 2026 - 00:13
Doğum günündə çox içibmiş, səhərə qədər... -  Anası Ece İrtemin son saatlarından DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, aktrisanın anası qızının həyatını itirdiyi gecə baş verənləri açıqlayıb.

Ananın sözlərinə görə, Ece İrtem ölümündən cəmi bir neçə saat əvvəl ad gününü qeyd edib: “Saat 17:51-də evimizlə eyni küçədə yerləşən bir məkanda ad günü keçirdik. Birlikdə tort kəsdik, əyləndik və gözəl vaxt keçirdik. Axşam saat 20:36-da evə qayıtdıq”.

Qadının dediyinə görə, evə qayıtdıqdan sonra qızı qəbul etdiyi antidepressant dərmanın təsiri altında olub.

“Qızımı dərmanını içdikdən sonra sərxoş vəziyyətdə olduğu üçün yatızdırdım. Gecə tualetə getmək üçün oyandığını eşitdim. Sonra yenidən yatdı”, - ana bildirib.

Lakin səhər saatlarında vəziyyət faciəvi sonluqla nəticələnib.

“Onu səhər yeməyinə çağırdım, amma cavab vermədi. Otağına girəndə ağzından pis qoxulu mayenin gəldiyini gördüm”, - o bildirib.

Anası həmçinin Ece İrtemin uzun müddətdir həm spirtli içki qəbul etdiyini, həm də güclü antidepressant preparatlardan istifadə etdiyini açıqlayıb.

“O, çoxlu spirtli içki içirdi. Eyni zamanda güclü antidepressant dərmanlar da qəbul edirdi”, -  qadın əlavə edib.

İlkin məlumatlarda aktrisanın ürəktutmasından dünyasını dəyişdiyi bildirilsə də, ölümün dəqiq səbəbinin ekspertiza və tibbi araşdırmaların nəticəsindən sonra məlum olacağı qeyd edilir.

Ece İrtem Türkiyədə yayımlanan bir sıra məşhur seriallarda çəkilib və son illərdə televiziya tamaşaçılarının yaxından tanıdığı simalardan birinə çevrilmişdi. Onun qəfil ölümü sənət camiəsində və pərəstişkarları arasında böyük üzüntü ilə qarşılanıb.

Aytən