Qızıl bahalaşdı

Nyu-York Əmtəə Birjasında qızılın qiyməti rekord həddə çataraq ilk dəfə bir Trua unsiyası üçün 4 000 dolları keçib.

Oct 7, 2025 - 15:23
Qızıl bahalaşdı

SAVASHMEDİA.az xəbər verir ki, "Comex" platformasının məlumatına görə, səhər sessiyasında qiymətli metalın dəyəri 4 000.1 dollar olub, bu da 0.35% artım deməkdir.

Lakin oktyabrın 7-si Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər geriləyərək 3 987.4 dollara düşüb.

Qeyd edək ki, bundan əvvəlki maksimum göstərici oktyabrın 6-da qeydə alınmış və o zaman qiymət 3 949 dolları ötmüşdü.