Qrenlandiyanı doğrudan 2 it sürüsü qoruyur? - Tramp niyə elə dedi?
ABŞ prezidentinin dediyi it xizək dəstələri Danimarka Hərbi Dəniz Qüvvələrinin elit "Sirius" bölməsinə aiddir.
SAVASHMEDİA.az xəbər verir ki, bu bölmə XX əsrin ortalarından Qrenlandiyanın şimal-şərq hissəsində patrul xidməti aparır.
ABŞ prezidenti Donald Tramp bir daha deyib ki, Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməsə, bunu Rusiya və ya Çin edə bilər, çünki adanın faktiki olaraq öz müdafiəsi yoxdur.
"Əslində, onların müdafiəsi iki it xizəyi dəstəsindıən ibarətdir. Bunu bilirdinizmi? Onların müdafiəsinin nədən ibarət olduğunu bilirsinizmi? İki it sürüsündən", – Tramp jurnalistlərə deyib.
Trampın sözlərinə görə, Moskvanın və ya Pekinin təsirinin güclənməsini önləmək üçün Qrenlandiya razılaşma bağlamalıdır.
Prezident onu da vurğulayıb ki, söhbət məhz ABŞ-nin Qrenlandiyanı ələ keçirməsindən gedir. Onun iddiasına görə, əks halda, bunu Rusiya və ya Çin edəcək.
"Prezident olduğum müddətdə bu, baş verməyəcək", –Tramp deyib.
Oğuz