Bakıda məşhur restoranlar şəbəkəsi BAĞLANDI
Bakıda fəaliyyət göstərən “Pak Dad” restoranlar şəbəkəsi fəaliyyətini dayandırıb.
İaşə obyektinin Koroğu Rəhimov, (Abu Arena), Sarayevo (“Əhmədli” metrostansiyası), M.Qardaşları (“Torqovı”), A.M Şərifzadə küçələri, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki filialları xeyli müddətdir bağlıdır.
Restoranların daxil olduğu “Pakdad 2008” MMC ləğv olunub. Şirkətin ləğv edilmə səbəbi məlum deyil.
MMC-nin sahibi Babaşov Şöhrət Adışirin oğlu idi.
Qeyd edək ki, eyni tarixdə Ş.Babaşovun daha 2 şirkəti, (“Hacıqabul Quşçuluq” MMC və “Coffee Service” MMC) özünü ləğv etdiyini açıqlayıb. (yeni sabah)