Qurban Qurbanov Qara Qarayevi toya niyə çağırmayıb? - SƏBƏB
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, milli komandanın üzvü Musa Qurbanlının toy mərasimi gündəm mövzularındandır.
SAVASHMEDİA.az xəbər verir ki, Bakıda "Neolit" restoranında baş tutan toya böyük maraq var.
Mərasimdə iştirak etmiş şəxslərin kimliyi də müzakirə olunan mövzular arasındadır. Amma hazırda ən çox müzakirə edilən məqam "Qarabağ"ın sabiq futbolçusu Qara Qarayevin toyda iştirak etməməsidir.
Gəzən şayiələrə görə, 2023-cü ildə "Qarabağ"ı tərk edən Qara Qarayevin Qurban Qurbanovla münasibətləri pozulub. Onun toya bu səbəbdən gəlmədiyi iddia olunur.
Digər məlumatda isə Qurban Qurbanovun Qara Qarayevi toya dəvət etmədiyi bildirilir.
Mövzu ilə bağlı nə Qurban Qurbanov, nə də Qara Qarayev açıqlama verib.
Xatırladaq ki, Qara Qarayev 2008–2023-cü illərdə "Qarabağ"ın heyətində çıxış edib. 2023-cü ildə "Neftçi"yə transfer olunan futbolçu "Qarabağ" azarkeşlərinin sərt tənqidlərinə məruz qalmışdı. O, 2024-cü ildən "Araz-Naxçıvan"ın şərəfini qoruyur.
Səlcuq
futbolçu Qara Qarayev