Rafael Ağayevdən gözlənilməz qərar - "İstefa verəcəm"

Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.

Jan 16, 2025 - 01:21
Rafael Ağayevdən gözlənilməz qərar - "İstefa verəcəm"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

R.Ağayev deyib:

"Təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram. Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam".

Qeyd edək ki, Rafael bu açıqlamanı sportlife.az-a müsahibəsində deyib.

Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.