"Rusiya ABŞ-dəki seçkilərin nəticələrini gözləyir" - Zelenski
Enerji infrastrukturuna hücumların qarşılıqlı dayandırılması Ukraynada aktiv hərbi əməliyyatların dayandırılması istiqamətində ilk addım ola bilər.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində deyib.
“Biz birinci Sülh Sammiti zamanı gördük ki, enerji təhlükəsizliyinin həlli mümkündür. Başqa sözlə desək, biz onların enerji infrastrukturuna deyil, onlar bizimkilərə hücum edirlər. Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm”, – Zelenski vurğulayıb.
O, həmçinin əlavə edib ki, Rusiya Ukrayna limanlarında yük gəmilərinə hücumları dayandırmalıdır.
Zelenskinin sözlərinə görə, söhbət enerji və naviqasiya azadlığından gedirsə, bu bəndlər üzrə nəticə əldə etmək Rusiyanın müharibəni bitirməyə hazır ola biləcəyinə işarə olardı.
Eyni zamanda, Zelenski əmindir ki, Rusiya ABŞ-də seçkilərin nəticələrini gözləyir və yalnız bundan sonra Kiyevlə danışıqlar aparıb-aparmayacağına qərar verəcək.
Xatirə SADİQ