“İnvestisiya platformasını yaratmalı, taxıl birjasını açmalıyıq” – Putin 

“BRİKS ölkələri öz investisiya platformalarını yaratmalıdırlar”. 

Oct 23, 2024 - 15:15
“İnvestisiya platformasını yaratmalı, taxıl birjasını açmalıyıq” – Putin 

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu təklifi təşkilatın Kazanda keçirilən sammitində səsləndirib.

Onun sözlərinə görə, bu, BRİKS ölkələrinin artan iqtisadiyyatlarının potensialını maksimum dərəcədə realizə etmək və qlobal iqtisadi artımın yeni dalğasından tam istifadə etmək üçün lazımdır.

“Bununla əlaqədar olaraq, yeni BRİKS investisiya platforması yaratmağı təklif edirik. Bu iqtisadiyyatlarımızı dəstəkləmək üçün güclü alətə çevrilə bilər, həmçinin Qlobal Cənub və Şərq ölkələrini maliyyə resursları ilə təmin edər”, - deyə Putin vurğulayıb.

Putin BRİKS taxıl birjasının açılması təklifindən də danışıb. Onun sözlərinə görə, bu, məhsullar və xammallar üçün ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşmasına kömək edəcək və milli bazarları mənfi kənar müdaxilələrdən, spekulyasiyalardan və məhsulların süni qıtlığına səbəb olmaq cəhdlərindən qorumağa imkan verəcək.

O, gələcəkdə BRİKS taxıl birjasının tamhüquqlu əmtəə birjasına çevrilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

RUSİYA KİV-i yazır ki, Putin dar formatda keçirilən sammitin iclasında BRİKS ölkələrinin bərabərlik, mehriban qonşuluq və qarşılıqlı hörmət tərəfdarı olduqlarını, dünya sivilizasiyasının taleyinə cavabdeh olduqlarını, dünyada sabit və təhlükəsiz mühitin yaradılmasına müsbət təsir göstərdiklərini bildirib.

Xatirə SADİQ