“Rusiya dronlarının Polşaya daxil olması yolverilməzdir” - Makron
Fransa prezidenti Emmanuel Makron Polşanın hava məkanına pilotsuz uçuş aparatlarının daxil olmasına görə Rusiyanın məsuliyyət daşıdığını bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
“Ukraynaya hücum zamanı Rusiya pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olması yolverilməzdir. Mən bunu qətiyyətlə pisləyirəm və Rusiyanı eskalasiyanı dayandırmağa çağırıram. Mən Polşa xalqı və hökuməti ilə həmrəy olduğumu ifadə edirəm”, - deyə Makron vurğulayıb.
Fransa prezidenti həmçinin NATO-nun baş katibi Mark Rutte ilə əlaqə saxlayacağını bildirib: “Biz müttəfiqlərimizin təhlükəsizliyi üzrə güzəştə getməyəcəyik”.
Xatirə SADİQ