"Rusiya ərazisini öz silahlarımızla vururuq" - Zelenski
Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Ukrayna istehsalı olan silahlardan istifadə edir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kanada Baş naziri Mark Karni ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Medianın Amerika silahlarının istifadəsinə qadağa qoyulması ilə bağlı iddiaları Ukrayna prezidenti üçün yeni xəbərdir: "Biz yerli istehsal olan uzaqmənzilli silahlarımızdan istifadə edirik. Düzünü desəm, son vaxtlar Amerika Birləşmiş Ştatları ilə belə məsələləri müzakirə etmirik".
Aytən