Rusiya əsir düşən əsgərin koreyalı olmadığını deyir - "Tuvalıdır, adı da Arançindir"
Ukrayna prezidenti Vladimir Zelenski hərbi biletində Tuvadan olduğu yazılan əsiri Şimali Koreya əsgəri kimi təqdim edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə bu iddia ilə Rusiyanın lenta.ru saytı çıxış edib.
Nəşrin iddiasınma görə, hərbi biletlərdən birinin dərc olunmuş fotoşəkili onun hərbi xidmətə Tuvadan çağırılmış Arançin Antonin Ayasoviç olduğunu təsdiqləyir.
Məlumatda bildirilir ki, həmin şəxs 1998-ci ildə Tuvanın Turan şəhərində anadan olub.
Xatırladaq ki,Ukrayna lideri məhbusun fotoşəkillərini və sənədi öz Telegram kanalında dərc edib.
“Döyüşçülərimiz Kursk bölgəsində Şimali Koreyadan olan hərbçiləri əsir götürüblər. Onlar yaralı olsalar da, sağ qalmış, Kiyevə aparılmış və müstəntiqlər tərəfindən dindirilmiş iki əsgərdir ”, - Zelenski bildirib.
Səlcuq