"Rusiya ilə danışıqlar gedir, yaxşı olacaq" - Tramp

ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəni dayandırmaq üçün Rusiya ilə çox ciddi müzakirələr apardıqlarını deyib.

Feb 1, 2025 - 06:16
Feb 1, 2025 - 06:22
"Rusiya ilə danışıqlar gedir, yaxşı olacaq" - Tramp

“Biz bütün detalları danışacağıq və yaxın günlərdə əhəmiyyətli nəticələr əldə edəcəyik. Biz bu müharibəni bitirmək istəyirik", - Tramp deyib.

SAVASHMEDİA.az-ın məlumatına görə, Tramp müharibənin yekunlaşması istiqamətində “çox ciddi müzakirələr"in aparıldığını təsdiqləyib. Jurnalistlər bu müzakirələrin Rusiya ilə aparılıb-aparılmadığını soruşduqda isə Tramp qısa cavab verib: "Bəli, Rusiya ilə təmaslar davam edir".

Bununla belə o, təfərrüatları açıqlamayıb. Tramp Putinlə mümkün təmaslarını şərh etməsə də, bu istiqamətdə “işlərin yaxşı getdiyini” vurğulayıb.

Yanvarın 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Donald Tramp hələ də telefonla danışmayıblar. Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə yanvarın 31-də bildirib ki, danışıqlarda “heç bir irəliləyiş yoxdur”.