"Rusiya ilə nüvə münaqişəsinə hazırıq, həm də tam şəkildə..." - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya ilə mümkün nüvə qarşıdurmasına dair sərt açıqlama verib.

Aug 2, 2025 - 01:59
"Rusiya ilə nüvə münaqişəsinə hazırıq, həm də tam şəkildə..." - Tramp

Tramp Dmitri Medvedevin bəyanatlarına cavab olaraq ABŞ-ın belə bir ssenariyə tam hazır olduğunu bildirib.

“Medvedev yenə nüvə silahından danışmağa başlayıb. Biz belə hallarda tam hazır olmalıyıq. Və mən sizə deyirəm: biz hazırıq, həm də tam şəkildə”, – deyə Tramp vurğulayıb. 

O, Rusiya rəhbərliyinin təhdidlərini ciddi qəbul etdiyini, xüsusilə də Medvedevin “qeyri-sabit və təhlükəli ritorikasının” Qərb üçün real təhdid olduğunu bildirib.

Trampın bu açıqlaması ABŞ ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub. (musavat)