Rusiya mühüm hədəfləri vurduğunu deyir - Kiyev təsdiqləmir

Rusiya səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki idarəetmə mərkəzinə hücum edib.

Dec 20, 2024 - 13:58
Rusiya mühüm hədəfləri vurduğunu deyir - Kiyev təsdiqləmir

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ryusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, hədəflər arasında Kiyevdəki “Luç” konstruktor bürosu və “Patriot” hava hücumundan müdafiə sisteminin mövqeləri də olub. 

Bütün obyektlərin vurulduğunu iddia edən nazirlik qeyd edib ki, “Luç” konstruktor bürosu “Neptun”raket sistemlərinin layihələndirilməsi və istehsalını həyata keçirir.

Rusiya tərəfi bu hücumu Ukraynanın “ATACMS” və “Storm Shadow” raketləri vasitəsilə Rostov vilayətinin vurulmasına cavab adlandırıb.

Ukrayna bu hədəflərə edilən hücumları rəsmən təsdiqləməyib. 

Ukrayna KİV-lərinin məlumatına görə, səhər hücumu zamanı vurulan Rusiya raketlərinin dağıntıları Kiyevin 3 rayonuna düşüb.

 Kiyev şəhər meri Vitali Kliçkonun sözlərinə görə, şəhərdə yanğınlar baş verib, 1 nəfər ölüb, 10 nəfər yaralanıb, 5 avtomobil yanıb, istilik magistralına ziyan dəyib.

Kliçko əmin edib ki, təcili yardım xidmətləri hər yerdə işləyir. 

Xatirə SADİQ