Rusiya Şimal Buzlu Okeanın adının dəyişdirilməsini təklif edir
"Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri, deputat Sergey Mironov Şimal Buzlu Okeanının adının dəyişdirilməsini təklif edib.
SAVASHMEDİA.az-ın məlumatına görə, o, Telegram kanalında sözügedən ökeanın Rusiyanın Şimal Okeanı adlandırılmasına tərəfdar olduğunu yazıb.
"Rusiyanın Arktikadakı prioriteti coğrafi adlarla da təsbit edilməlidir", - deyə parlamentari bildirib.
O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp geosiyasi mübarizəni coğrafiya və toponimika sferasına da köçürür və Rusiya da bu sahədə təşəbbüs göstərməlidir.
Yanvarın əvvəlində ABŞ Donald Trampın təklifi ilə Meksika körfəzinin adını rəsmi olaraq Amerika Körfəzi adlandırıb .
Yağmur