Rusiyadan o idmançıya şirnikləndirici təklif - Azərbaycandan imtina etsə...
Fiqurlu konkisürən Veronika Jilina karyerasını Rusiyada davam etdirmək qərarına gələrsə, ona dəstək göstəriləcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru Aleksandr Koqan bildirib.
“O, bizim idmançımızdır və Rusiya vətəndaşı kimi yarışlarımızda iştirak edə bilər. Heç kim ona mane olmayacaq. Biz həmişə idmançıların tərəfindəyik, hər zaman onları dəstəkləyirik”, - Koqan deyib.
Xatırladaq ki, Beynəlxalq Konkisürmə İttifaqının (ISU) Şurası rusiyalı fiqurlu konkisürən Veronika Jilinaya Azərbaycan idman vətəndaşlığı verməkdən imtina edib.
Yağmur