Rusiyadan Zelenskinin "Kadırovu oğurlayaq" sözlərinə CAVAB
“Bu təklif onun zəifliyini göstərdi. Zelenski rəzil adamdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvitkin Volodimir Zelenskinin Ramzan Kadırovla bağlı təklifi barədə danışarkən bildirib.
"Çeçenistan Rusiya Federasiyasının subyektidir. Dövlətimizin tamhüquqlu bir hissəsidir və bu cür cəhdlər baş verərsə, onun qorunmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Çeçenistan Respublikasına və onun lideri Ramzan Kadırova qarşı terror aktı törətmək cəhdi bütövlükdə ölkəmizə qarşı terror aktı törətmək cəhdi kimi qiymətləndiriləcək” - Y.Şvitkin bildirib.
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti V.Zelenski ABŞ Lideri Donald Trampa Çeçenistan lideri Ramzan Kadırovu da Nikolas Maduro kimi ələ keçirməyi təklif edib.
Banu