Rusiyadan Zelenskinin "Putinlə təkbətək görüş" təklifinə REAKSİYA
"Volodimir Zelenskinin liderlər səviyyəsində görüşə hazır olduğunu bəyan etməsi onun hələ Rusiyanın təkliflərini müzakirə etməyə hazır olduğunu göstərmir".
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
"Biz çoxdan hazır olduğumuzu bəyan edirik. Lakin Zelenskinin görüşə hazır olması onun bizim verdiyimiz təklifləri müzakirə etməyə hazır olması demək deyil. Ən yüksək səviyyədə görüş üçün hələlik heç bir konkretlik yoxdur", - Çepa bildirib.
Onun sözlərinə görə, Zelenskinin açıqlaması daha çox piara hesablanıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Oğuz