Rusiyadan Ziyəddin Səfərovun "yoxa çıxan qabırğası" ilə bağlı açıqlama - Danışqıqca batırlar

Məlum olduğu Yekaterinburqba azərbaycanlıların kütləvi saxlanması zamanı Azərbaycan diasporunun üzvləri, “Kaspi” kafesinin sahibləri Səfərov qardaşları öldürülüb.

Jul 3, 2025 - 15:56
Rusiyadan Ziyəddin Səfərovun "yoxa çıxan qabırğası" ilə bağlı açıqlama - Danışqıqca batırlar

SAVASHMEDİA.az xəbər verir ki, Rusiyada həyata keçirilən tibbi ekspertiza nəticələri ilə Bakıdakı ekspertiza nəticələri isə üst-üstə düşməyib.

Rusiya tərəfi iddia edib ki, Ziyəddin Səfərov ürək çatışmazlığından dünyasını dəyişib,  Hüseyn Səfərova isə damar tıxanması (emboliya) diaqnozu qoyulub. 

Lakin həm Səfərov qardaşlarının yaxınları, həm də şahidlər təhlükəsizlik qüvvələrini onlara işgəncə verərək qətlə yetirməkdə ittiham ediblər.

Bunu Bakıda həyata keçirilən ekspertiza nəticələri də təsdiqləyib. Məlum olub ki, ölümün səbəbi travmatik şokdur. Meyitin üzərində hematoma və sıyrıqlar, Hüseynin meyiti üzərində ikitərəfli qabırğa sınığı, döş qəfəsinin deformasiyası müşahidə olunub. Ziyəddinin isə qabırğalarından biri ümumiyyətlə çıxarılıbmış. 
Rusiyanın E1 portalı Ziyəddinin qabırğasının hansı səbəbdən çıxarıldığını araşdırıb və tibb dairəsindən bununla bağlı açıqlama alıb. 

"Ziyəddinin qabırğasının bir hissəsi histoloji müayinə üçün götürülüb. Bu, standart tibbi prosedurdur, müəyyən toxuma və ya orqan parçaları götürülür və bunu bütün patoloqlar bilir. Qəribədir ki, bu, mediada həddən artıq şişirdilib, sanki kimsə bu qabırğanı oğurlayıb. Bu, tamamilə cəfəngiyyatdır. Ürək masajı zamanı sinə kompressiyaları aparıldıqda, qabırğalar tez-tez belə qırılır - bu, ölümə səbəb ola bilməzdi ", - E1.RU tibb dairələrindəki mənbəyə istinadla yazıb.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı kütləvi həbslər baş verib . Ümumilikdə 50-dən çox insan şöbəyə aparılıb. Hüseyn və Ziyəddin Səfərov qardaşları isə öldürülüb.

Həbslərə səbəb kimi isə  2001-ci ildə baş vermiş qətl hadisəsi göstərilir. Azərbaycan əsilli Yekaterinburq sakini Yunis Paşayev 2001-ci ilin mayında Blüxer küçəsində izdiham tərəfindən mətbəx bıçaqları ilə bıçaqlanaraq öldürülüb. 

Oğuz