Rusiyalı biznesmenin Mayamidəki mənzilləri müsadirə edildi
Mayamidə rusiyalı iş adamı Viktor Perevalovla əlaqəli ümumi dəyəri təxminən 1,8 milyon dollar olan iki mənzil müsadirə olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
“Yanvarın 7-də qüvvəyə minən qiyabi məhkəmə qərarına və müsadirə barədə yekun qərara əsasən, [Ədliyyə Nazirliyi] ABŞ-nin Rusiya vətəndaşı Viktor Perevalova qarşı sanksiyalarını pozaraq saxlanılan, köçürülən və icarəyə götürülən iki Mayami kondominiumunun müsadirəsini təmin etdi”, - deyə məlumatda bildirilib.
Qərar 2024-cü ilin fevralında qaldırılan iddiaya əsasən çıxarılıb.
Perevalov və Valeri Abramov “VAD” yol tikintisi şirkətinin həmtəsisçiləri olublar. Ədliyyə Nazirliyi xatırladıb ki, 2018-ci ilin yanvarında şirkət və onun həmtəsisçiləri Tavrida magistralının tikintisinə görə Amerikanın sanksiyalarına məruz qalıblar.
Xatirə SADİQ