Rusiyanın bu şəhərində azərbaycanlıların kütləvi həbsinə başlanıldı - SƏBƏB

Rusiyanın  Yekaterinburq şəhərində azərbaycanlıların kütləvi həbsinə start verilib.

Jun 27, 2025 - 19:27
Rusiyanın bu şəhərində azərbaycanlıların kütləvi həbsinə başlanıldı - SƏBƏB

SAVASHMEDİA.az Rusiya mətbuatına istinadla xəbər verir ki, artıq onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

Hadisə şahidlərinin sözlərinə görə, onlara heç nə izah edilmir, sadəcə, tutub aparırlar.

İddialara görə, onların arasında qatil axtarırlar. Mənbə əlavə edib ki, əməliyyatda baş idarənin polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edir.

Rusiya İstintaq Komitəsi hələlik şərh verməkdən yayınıb.

Məlumata görə, söhbət 2001-ci ildə baş vermiş və diasporun iştirak etdiyi qətldən gedir.

Səlcuq