Ruslar Vaşinqtonda aksiya keçirdi  - “Ukraynaya qələbə! Rusiyaya Azadlıq!”  + FOTO

ABŞ-də yaşayan rus mühacirləri Rusiyanın Vaşinqtondakı səfioiliyi önündə “Ukraynaya qələbə! Rusiyaya Azadlıq!” adlı anti-müharibə aksiyası keçiriblər.

Nov 18, 2024 - 12:44
Nov 18, 2024 - 12:46
Ruslar Vaşinqtonda aksiya keçirdi  - “Ukraynaya qələbə! Rusiyaya Azadlıq!”  + FOTO

 SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

 Rusiya səfirliyinin önündəki Boris Nemtsov meydanında baş tutan aksiya “Russilli Amerika Rusiyada Demokratiya Naminə” icması tərəfindən təşkil edilib.

Aksiya zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə son qoyulması, Ukraynaya daha çox dəstək verilməsi və Rusiyada siyasi məhbusların azad edilməsi tələb olunub. 

Etirazçılar əllərində “Mən rusam, amma Ukraynanı dəstəkləyirəm”, “Rusiyalılar Putinə qarşıdır”, “Rusiyada siyasi məhbuslara azadlıq!”, “Ukraynaya özünü müdafiə etməyə kömək edin!”, “Siz hakimiyyət deyilsiniz, siz işğalçısınız!” və sair şüarlar yazılmış plakatlar nümayiş etdiriblər. 

“Rusdilli Amerika Rusiyada Demokratiya Naminə” icmasının rəhbəri Dmitri Valuyev qeyd edib ki, iştirakçılar Rusiyanın ABŞ-dakı səfirliyinə həmin tələbləri bütün dünya üzrə irəli sürən rusiyalıların antihərbi hərəkatlarla və rus müxalifətinin Berlində keçirdiyi marşla həmrəylik bildirnmək üçün gəliblər. 

Aksiyanın iştirakçısı, politoloq Mariya Sneqovaya etiraza niyə çıxdığını belə izah edib: “Mənim ölkəm təcavüzkardır. Mən bu dəhşətli müharibəni dayandırmaq və (Ukraynaya – red) kömək etmək üçün əlimdən gələni etməliyəm, çünki bu cür etirazlar, ən azı, müxtəlif ölkələrin siyasətçilərini vəziyyət haqqında düşünməyə vadar edir”.

Qeyd edək ki, oxşar antihərbi aksiyalar ABŞ-nin müxtəlif şəhərlərində, o cümlədən Los-Anceles, Çikaqo, Sietl, San-Fransisko və Nyu-Yorkda da keçirilib.

Dinc aksiyanın təhlükəsizliyini Vaşinqton polis və xüsusi xidmət əməkdaşları təmin edib. 

Xatirə SADİQ