ABŞ müdafiə naziri “Ramştayn” formatına qatılmayacaq 

Ukraynaya hərbi yardımın əlaqələndirilməsi üzrə təmas qrupunun (“Ramştayn”) yaradılmasından sonra üç il ərzində ilk dəfə ABŞ müdafiə naziri formatın iclasında iştirak etməyəcək.

Jun 4, 2025 - 12:49
ABŞ müdafiə naziri “Ramştayn” formatına qatılmayacaq 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) amerikalı məmura istinadən məlumat yayıb.

Məlumata görə, bazar günü Sinqapurda keçirilən milli təhlükəsizlik konfransından qayıdan müdafiə naziri Piet Heqset Ukrayna müdafiəsi üzrə Təmas Qrupunun iclası başa çatdıqdan sonra çərşənbə axşamına qədər Brüsselə gəlməyəcək. 

Mənbənin sözlərinə görə, Heqset video bağlantı vasitəsilə də iclasa qatılmayacaq.

“Bu, ABŞ-nin Ukraynadakı müharibədən uzaqlaşmaq üçün atdığı silsilə addımların sonuncusudur. Və bu, Fransa prezidenti Emmanuel Makronun həftə sonu təhlükəsizlik konfransında etdiyi xəbərdarlıqdan (Çinlə potensial münaqişəyə diqqət yetirmələri Ukraynaya yardımdan imtina etmək bahasına olarsa, ABŞ və başqaları təhlükəli ikili standartları qəbul etmək riski ilə üzləşəcəklər) sonra baş verir”, - deyə agentlik yazıb.

Xatırladaq ki, “Ramştayn” formatı Rusiyanın 2022-ci ildə Ukraynanı işğalından sonra ABŞ müdafiə naziri Lloyd Ostin – Heqsetin sələfi tərəfindən yaradıılıb. 

Xatirə SADİQ