Sabah 3 saat işıq olmayacaq - BU RAYONDA

Sabah Cəlilabad rayonunun 3 kəndində elektrik enerjisinin verilişi dayandırılacaq.

Nov 19, 2025 - 21:42
Sabah 3 saat işıq olmayacaq - BU RAYONDA

SAVASHMEDİA.az-ın məlumatına görə, fasilə elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar yaranacaq.

Nəticədə sabah saat 10:00-dan 13:00-dək 110 kV-luq hava elektrik verilişi xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonunun 3 yaşayış məntəqəsinin (Alar, Günəşli və Sabirabad kəndi) elektrik enerjisi ilə təchizatında fasilə olacaq.