Sabah bu rayonda qaz kəsiləcək – Xəbərdarlıq!

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

May 14, 2025 - 11:59
Sabah bu rayonda qaz kəsiləcək – Xəbərdarlıq!

SAVASHMEDİA.az xəbər verir ki, Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb.

Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.