Erməni qohumu Papaya məktub yazdı - "Kayseriyə gəl, bizə dua oxu" 

Ötən yazımızda yeni Roma Papası XIV Leonun Türkiyədə yaşamış erməni ailəsinə mənsub olduğu iddiaları ilə bağlı məlumat vermişdik.

May 14, 2025 - 12:03
Erməni qohumu Papaya məktub yazdı - "Kayseriyə gəl, bizə dua oxu" 

SAVASHMEDİA.az xəbər verir ki, bu iddiaları ortaya atan şəxs İstanbulda yaşayan erməni əsilli Türkiyə vətəndaşı Nurhan Çetinkayadır. 

O, Papanın qohumu olduğunu deyir:

“Erməni əsilli Türkiyə vətəndaşıyam. Babam və atam da daxil olmaqla min ilə yaxındır bu torpaqların övladıyıq. Ata tərəfdən sivaslı (Gemerek), ana tərəfdən isə kayseriliyəm (Everek və ya Dəvəli). 5 ildir Osmanlı və erməni tarixini araşdırıram. Məqsədim öz nəsil şəcərəmi tapmaqdır. Araşdırmalarım nəticəsində Papa Fransis Parses Prebisin (red- Robert Fransis Provest) qohumum olduğu qənaətinə gəlmişəm. Çünki onun nəsil şəcərəsi ilə mənim nəsil şəcərəm arasında çox şey üst-üstə düşür. O, anamın dayısı tərəfdən qohumumdur. Belə ki, qohumumuz olan Setrek Parsehyan 1915-ci ildə Argentinaya köçüb. Onun övladları isə Dominikan Respublikasına, oradan da ABŞ-yə köç ediblər.Setrekin nəvəsi olan Vartavart Parsehyan, yəni papa XIV Leo dini təhsil alıb, sonra Vatikana gedib.İndi isə Roma Papasıdır”.

Nurhan Çetinkaya qeyd edib ki, Papaya məktub yazıb Kayseriyə dəvət edəcək:

“Papaya təbrik məktubu yazıb, köklərinin Kayseridən, Anadoludan olduğunu bildirəcəyəm. Nəsil şəcərəsini də hazırlayıb göndərəcəyəm. Onunla görüşmək istəyirəm. Kayseriyə dəvət edəcəyəm. Bəlkə, ona Kaseridə dua da oxutdurarıq. Hər şey məktuba alacağım cavabdan asılı olacaq”.

Çetinkaya Papa ilə bağlı iddialarının arxasında olduğunu xüsusi vurğulayıb:

“Araşdırmalarım əsasında gəldiyim nəticəyə görə mənə gülənlər oldu, hətta dəli də dedilər.Dediklərimin arxasındayam. Tarixə də baxsaq, Kayseridə erməni və yunanların yaşadığını görərik. Papa mənim qohumumdur. Kimin nə deməsi maraqlı deyil. Dediklərim səhv olsa belə, mənim üçün heç bir problem yoxdur”.

Vəsilə İbrahim