Saleh Rüstəmli də saxlanıldı - Gədəbəydən Bakıya gətirilir
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.
Onun Gədəbəydən Bakıya gətirildiyi bildirilir.
Xatırladaq ki, Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunmuşdu.
O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
S.Rüstəmli 2022-ci ilin may ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı. (pravda.az)