Şamaxıda imiş, Bakıdan zəng gəlib - Mariana Vasileva işdən azad edildiyini iclasda öyrənib  

Xəbər verdiyimiz kimi, gənclər və idman nazirinin müavini Mariana Vasileva tutduğu vəzifədən azad olunub. 

Jan 16, 2025 - 18:08
Jan 16, 2025 - 18:15
Şamaxıda imiş, Bakıdan zəng gəlib - Mariana Vasileva işdən azad edildiyini iclasda öyrənib  

SAVASHMEDİA.az xəbər verir ki, "unikal"  M. Vasilevanın işdən azad olunmasının detallarını öyrənib

Nəşrin iddiasına görə, o, bu gün gənclər və idman naziri Fərid Qayıbovla birgə Şamaxı və Qobustan rayon sakinləri ilə görüşdə iştirak edib. Vətəndaşlarla görüşdə olan zaman M. Vasilevaya zəng gəlib və ölkə başçısı tərəfindən işdən azad olunduğu bildirilib.

Bu xəbəri məyusluqla qarşılayan xanım Vasileva Bakıya geri dönməli olub. 

Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu.