Saratovda Azərbaycan bayrağı qaldırıldı - Rusiya bu VİDEOdan danışır
Rusiyanın Saratov şəhərində Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillər küçələrdə şou göstərib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, kadrlarda “Jiquli” avtomobillərinin kapotuna və damına Azərbaycan bayraqları yapışdırılıb.
Məlumatına görə, yol hərəkəti qaydalarını pozaraq Saratov ətrafında dövrə vuran həmyerlilərimiz diqqətləri özlərinə cəlb edə biliblər.
Bundan öncə isə sosial şəbəkələrdə Moskvanın ən böyük bazarı olan “Sadovod”da Azərbaycan bayrağı qaldırılmışdı.
Səlcuq